Qriqoryan: "Naxçıvandan İrana yol daha tez açıla bilər"

Qriqoryan: "Naxçıvandan İrana yol daha tez açıla bilər"

Qriqoryan: "Naxçıvandan İrana yol daha tez açıla bilər"

Regional kommunikasiyaların blokadadan çıxarılması üzrə işçi qrupu Yeraşx (Arazdəyən)-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir.

Polemika.az "“Azadlıq Radiosu"nun erməni xidmətinə istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

O, Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupu çərçivəsində aparılan müzakirələri şərh edib.

Qriqoryanın sözlərinə görə, müzakirəyə çıxarılan variantlardan biri də Meğri və Mincevan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilişini gözləməməkdir. Xüsusilə, əvvəllər tikintinin 3 il çəkə biləcəyi bildirildiyi üçün Naxçıvan vasitəsilə İrana kommunikasiyanın açılması təklif edilib.

Ermənistan rəsmisi bildirib ki, mövcud infrastrukturun köməyi ilə reallaşa biləcək blokadadanın  açılmasının istənilən ehtimalı Ermənistan tərəfi üçün arzuolunandır. “Lakin bu hələ danışıqların mövzusudur və hansı razılığa gələcəyimiz barədə hələ danışa bilmərəm”, - deyə Baş nazirin müavini izah edib.

İşçi qrup, həmçinin ölkənin şimal-şərqindən keçən daha bir - İcevan-Qazaxıstan dəmir yolunun açılması imkanlarını müzakirə ediblər. “Bununla belə, hazırkı mərhələdə məsrəflər və faydaların ağlabatan nisbətini verən ən real layihələr nəzərdən keçirilir. Gündəlikdən heç bir variant çıxarılmasa da, indi onlar danışıqların bu mərhələsinə aid olan məsələləri müzakirə edirlər”, - Qriqoryan bildirib.

O əlavə edib ki, Türkiyə ilə dəmir yolu əlaqəsinin bərpası məsələsinə indiyədək heç bir təfərrüat olmadan yalnız konseptual səviyyədə baxılıb.

Qriqoryan: "Naxçıvandan İrana yol daha tez açıla bilər"