Paşinyan Araiklə görüşdə nəyi müzakirə edib? - Ermənilər yenə sərsəmlədilər

Paşinyan Araiklə görüşdə nəyi müzakirə edib?

Paşinyan Araiklə görüşdə nəyi müzakirə edib? - Ermənilər yenə sərsəmlədilər

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyanla görüşüb.

Polemika.az xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Görüşdə Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baxışların müzakirə olunduğunu bildirib.

Ermənistanın baş naziri yenə sərsəm fikirlərindən əl çəkməyərək, xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin tam bərpasının vacibliyini bəyan edib. 

Separatçıların lideri də öz növbəsində Qarabağ münaqişəsinin öz müqəddəratını təyinetmə hüququ prinsipi əsasında siyasi həllinin davam etdirilməsinin vacibliyini qeyd edib.

Xatırladaq ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan işğal altında olan torpaqlarının çox hissəsini azad etmiş və regionda yeni geosiyasi reallıqlar yaratmışdır. Ermənistan tərəfi hər vəchlə münqaişənin davam etdiyini bildirərək, Qarabağa status tələblərindən əl çəkmirlər. 

Paşinyan Araiklə görüşdə nəyi müzakirə edib? - Ermənilər yenə sərsəmlədilər