"Qoy yubileyimi qeyd edim, sonra müharibə edərsiniz" - Jirinovski

"Qoy yubileyimi qeyd edim, sonra müharibə edərsiniz" - Jirinovski

"Qoy yubileyimi qeyd edim, sonra müharibə edərsiniz" - Jirinovski

"Xahiş edirəm 80 yaşım tamam olan qədər Üçüncü Dünya müharibəsinə başlamayın".

Yenisabh.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski deyib.

"Rossiya 1" telekanalının efirində çıxış edən RLDP sədri bildirib ki, NATO ölkələri ilə Ukraynanın birgə təlimləri əsl müharibəyə hazırlıqdan başqa bir şey deyil:

Siyasətçinin fikrincə, 2027-ci ildə tammiqyaslı münaqişə başlaya bilər:

"Qoşunlar tədricən Rusiya sərhədlərinə gətirilir, Kiyevə verilən “köməy”in altında isə silahların toplanması prosesi gizlənir. Mən 80 yaşımı sakitcə qeyd etmək istəyirəm. 2026-cı ildə 80 yaş, sonra, 85 yaşımdan əvvəl, buyurun, müharibəyə başlaya bilərsiniz".

Jirinovski qlobal münaqişənin başlama tarixi ilə bağlı seçimini izah edib.

O, xatırladıb ki, bir zamanlar Ukraynada çoxlu silahlar saxlanılırdı:

"Bu, bütün Üçüncü Dünya müharibəsi üçün kifayət edərdi. Amma sonradan hər şey talandı, satıldı”.

"Qoy yubileyimi qeyd edim, sonra müharibə edərsiniz" - Jirinovski