Ramzan Kadırovdan Türkiyəni təhdid etdi: "Apoya heykəl ucaldacam"

Ramzan Kadırovdan Türkiyəni təhdid etdi: "Apoya heykəl ucaldacam"

Ramzan Kadırovdan Türkiyəni təhdid etdi: "Apoya heykəl ucaldacam"

Türkiyənin Kocaeli şəhərində keçmiş Çeçen İçkeriya Respublikasının qurucusu, mərhum Cövhər Dudayevin adına parkın açılması və heykəl qoyulması Çeçenistanın başçısı Ramzan Kadırovu qıcıqlandırıb.

Polemika.az xəbər verir ki, Kadırov Türkiyə dövlətini və prezident Erdoğanı təhdid edib:

“Açıq şəkildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana səslənirəm. Qərar verin! Ya siz terrorçuları açıq şəkildə dəstəkləyən dövlət statusu alın, ya da Rusiya Federasiyası ilə şəffaf və dürüst münasibətlər qurun!”             

R. Kadırov əlavə edib:

“Türkiyədə qaçaqların, cinayətkarların sığındığı açıq şəkildə tədbirlər keçirilir, minlərlə insanın ölümünə səbəb olan terrorçuların (Cövhər Dudayev nəzərdə tutulur - red.) adları parklara verilir. Buna qarşılıq vermək haqqımız var. Məsələn, Türkiyədə ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalanın adının Qroznıda əbədiləşdirilməsi çox məntiqli və siyasi baxımdan düzgün addım olardı”.

“Mən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə də müraciət edirəm. Türkiyə hakimiyyətinin indiki hərəkətləri əsrlər boyu inkişaf edən Rusiya-Türkiyə münasibətləri üçün birbaşa təhlükədir. Buna diqqət yetirmək və bu cür qərarlara qarşı fəal diplomatik tədbirlər görmək lazımdır”, - deyə çeçen lider bildirib.

Xatırladaq ki, Ramzan Kadırov Çeçenistanın birinci prezidenti, rusiyapərəst lider Əhməd Kadırovun oğludur. O, 2004-cü ildə tribunada çıxış edərkən çeçen üsyançıların həyata keçirdiyi terror hadisəsində partladılaraq qətlə yetirilib.

Ramzan Kadırovdan Türkiyəni təhdid etdi: "Apoya heykəl ucaldacam"