"Qarabağ"la oyunun ilk hissəsində çox əziyyət çəkdik" - "Marsel"in futbolçusu

"Qarabağ"la oyunun ilk hissəsində çox əziyyət çəkdik"

"Qarabağ"la oyunun ilk hissəsində çox əziyyət çəkdik" - "Marsel"in futbolçusu

"Bu nəticə kifayət deyil. Bu axşam matçın necə keçdiyini gördük".

Polemika.az xəbər verir ki, bu sözləri "Marsel"in futbolçusu Pol Lirola Konfrans Liqasının 1/16 finalında "Qarabağ"la keçirilən oyundan sonra Fransa mətbuatına açıqlamasında deyib.

25 yaşlı müdafiəçi 3:1 hesablı qələbəyə baxmayaraq, cavab matçının çətin olacağını bildirib: "İki top fərqinə baxmayaraq, diqqətli olmalıyıq. Səfərdə də qələbə qazanmalıyıq. Bütün futbolçularımız yaxşı çıxış etdilər. Hamı oynamağa hazırdır. Xüsusilə ilk hissədə çox əziyyət çəkdik. Amma bir yerdə qala bildik".

Qeyd edək ki, komandalar arasındakı cavab qarşılaşması fevralın 24-də Bakıda olacaq.

"Qarabağ"la oyunun ilk hissəsində çox əziyyət çəkdik" - "Marsel"in futbolçusu