“Qarabağ”ın yarımmüdafiəçisi rekordçular siyahısına düşdü

“Qarabağ”ın yarımmüdafiəçisi  rekordçular siyahısına düşdü

“Qarabağ”ın yarımmüdafiəçisi rekordçular siyahısına düşdü

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının rekordçuları siyahısına düşüb.

Polemika.az xəbər verir ki, o, keçmiş SSRİ məkanı ölkələri futbolçuları arasında Avroliqada ən çox matç keçirən oyunçuların TOP-10-luğunda 10-cu yeri tutur. 

"İnstaqram"dakı "Transfermarkt_mir_official" səhifəsi siyahını hazırlayarkən Avroliqanın keçirilməyə başladığı 2009/10 mövsümündən indiyə qədərki dövrü əhatə edib.

Q. Qarayev sözügedən yarışdakı 7 mövsümdə 38 dəfə meydana çıxıb. Bu, Azərbaycan və “Qarabağ”ın futbolçuları arasında ən yaxşı göstəricidir.

Siyahıda ilk üç yeri Yevgeni Konoplyanka (8 mövsüm, 57 oyun), Henrik Mxitaryan (6 mövsüm, 55 oyun) və Andrey Yarmolenko (9 mövsüm, 47 oyun) tutur.  (qol.az)

TOP-10-luq

“Qarabağ”ın yarımmüdafiəçisi rekordçular siyahısına düşdü