Ronaldo formasını hərraca çıxardı - Səbəb

Ronaldo formasını hərraca çıxardı

Ronaldo formasını hərraca çıxardı - Səbəb

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldo formasını hərraca çıxarıb.

Polemika.az xəbər verir ki, 36 yaşlı hücumçu Kanar arxipelaqına məxsus Palma adasında Kumbre Vyexa vulkanının püskürməsi nəticəsində zərər çəkənlərə maliyyə yardımı toplamaq üçün bu addımı atıb.

Təcrübəli forvard köynəyin üzərində "Hətta vulkanın gücü də Palma ilə müqayisə oluna bilməz. Gözəl adaya dəstəyim" yazıb.

Auksion dekabrın 24-də baş tutacaq. Bütün gəlirlər zərərçəkənlərə yardım məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, Kumbre Vyexa vulkanının püskürməsi bu il sentyabrın 19-da başlayıb və bu günədək davam edir. Bu müddət ərzində 1 000-dən çox bina dağıdılıb, 6 000-dən çox insan təxliyə edilib. 

Ronaldo formasını hərraca çıxardı - Səbəb