"Qarabağ"ın qapıçısına Qazaxıstandan təklif var

"Qarabağ"ın qapıçısına Qazaxıstandan təklif var

"Qarabağ"ın qapıçısına Qazaxıstandan təklif var

"Qarabağ"ın qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.

Polemika.az xəbər verir ki, millimizin üzvü ilə "Aktobe" maraqlanır. 

Premyer Liqa təmsilçisinin 27 yaşlı qolkiperə təklif göndərdiyi və Balayevin də Qazaxıstana qayıtmaq istədiyi bildirilib. Ancaq "Aktobe"nin digər namizədləri də nəzərdən keçirdiyi qeyd olunub. Çünki Balayevin keçidinə "Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələnməsi mane olur. 

Qeyd edək ki, Emil Balayev 2019-cu ildə Qazaxıstanın "Tobol" klubunda çıxış edib.

"Qarabağ"ın qapıçısına Qazaxıstandan təklif var