Futzal üzrə Azərbaycan millisi  sonuncu oyununa çıxacaq

Futzal üzrə Azərbaycan millisi  sonuncu oyununa çıxacaq

Futzal üzrə Azərbaycan millisi  sonuncu oyununa çıxacaq

Futzal üzrə Azərbaycan millisi  Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Polemika.az xəbər verir ki, Joze Alesio Da Silvanın komandası  D qrupunun 3-cü turunda Bosniya və Herseqovinanı sınağa çəkəcək. Amsterdamdakı "Ziggo Dome" zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Avropa çempionatı

D qrupu, 3-cü tur

29 yanvar

20:30 Azərbaycan - Bosniya və Herseqovina

Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)

Amsterdam. "Ziggo Dome"

20:30. Gürcüstan - İspaniya

Xal durumu: Gürcüstan - 6. İspaniya - 4. Azərbaycan - 1. Bosniya və Herseqovina - 0.

Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.

Futzal üzrə Azərbaycan millisi  sonuncu oyununa çıxacaq