“Qarabağ”ın daha bir oyunçusu legioner ola bilər

“Qarabağ”ın daha bir oyunçusu legioner ola bilər

“Qarabağ”ın daha bir oyunçusu legioner ola bilər

Azərbaycan millisinin daha bir futbolçusu tezliklə legioner həyatı yaşaya bilər.

Polemika.az "Apasport"a istinadla xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramovun karyerasını Rusiyada davam etdirmək variantı yaranıb.

Son vaxtlar Ağdam klubunun heyətində uğurlu çıxışla diqqət çəkən və milliyə qədər yüksələn 20 yaşlı sol cinah müdafiəçisi “Ufa” klubunun gündəminə düşüb.

Hazırda Rusiya Premyer Liqasında çıxış edən ufalılar Toralı heyətə cəlb etmək barədə düşünür.

Ancaq ruslar gənc müdafiəçini almaq üçün ən tezi mövsümün sonuna qədər gözləməlidir. Çünki “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun onunla qış fasiləsində yolları ayırmaq niyyəti yoxdur. Ancaq mövsümün sonunda gələcək təklif və futbolçunun fikri həlledici ola bilər. Bunun üçün isə ilk növbədə “Ufa” Premyer Liqada qalmağı bacarmalıdır. Komanda 12 turdan sonra 10 xalla 15-ci pillədə qərarlaşır.

Qeyd edək ki, Toral Bayramovun “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. 

“Qarabağ”ın daha bir oyunçusu legioner ola bilər