"Olimpiakos" "Neftçi"nin futbolçusu ilə bağlı fikrini dəyişdi

"Olimpiakos" "Neftçi"nin futbolçusu ilə bağlı fikrini dəyişdi

"Olimpiakos" "Neftçi"nin futbolçusu ilə bağlı fikrini dəyişdi

"Olimpiakos" icarə əsasında "Neftçi"də çıxış edən futbolçusu Mamadu Kane ilə bağlı fikrini dəyişib. 

Polemika.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək Bakı təmsilçisində qalacaq. "Olimpiakos"un belə qərar verməsinə səbəb Kanenin "Neftçi"də daha çox oyun təcrübəsi qazanmaq şansının olmasıdır. 

Bundan əvvəl isə Yunanıstan klubunun qışda Kaneni heyətinə qaytaracağı bildirilmişdi. 

Qeyd edək ki, yay fasiləsində “Olimpiakos”a transfer olunan Mamadu Kane birillik “Neftçi”yə icarəyə verilib. Onun yunanlarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

"Olimpiakos" "Neftçi"nin futbolçusu ilə bağlı fikrini dəyişdi