"Sumqayıt"da əcnəbi baş məşqçi - Yeni təyinat

"Sumqayıt"da əcnəbi baş məşqçi - Yeni təyinat

"Sumqayıt"da əcnəbi baş məşqçi - Yeni təyinat

Aleksey Baqa "Sumqayıt”ın baş məşqçisi təyin olunub.

Polemika.az "Sumayıt" klubunun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Belaruslu baş məşqçi yeni vəzifədə Ayxan Abbasovu əvəzləyib.

Qeyd edək ki, Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) komandalarının sükanı arxasında olub. BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi (2005/2006) olmuş Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. O, 2011 - 2018-ci illərdə köməkçi-məşqçi, 2018-ci ildə baş məşqçi olub və komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.

Baqa “Jalgiris”ə 2020-ci ildə Litva, "Şaaxtyor" (Soliqorsk) komandasına isə 2021-ci ildə Belarus çempionluğu qazandırıb. O, Qazaxıstan “Aktobe”sinin də baş məşqçisi olub.

Mehri QURBAN

 

 

 

 

"Sumqayıt"da əcnəbi baş məşqçi - Yeni təyinat