Bayram günlərində turist axını: Ərəblərin ayağı açılıb

Bayram günlərində turist axını:

Bayram günlərində turist axını: Ərəblərin ayağı açılıb

Artıq sabah Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Biri gün Yeni il qədəm qoyur. Bayram günlərində turistlərin Azərbaycana axını ola bilərmi?

Polemika.az-a açıqlamasında turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə hazırda Bakıda ən çox rus turistlərin üstünlük təşkil etdiyini bildirib:

“Yeni il bayramını daha çox onlar keçirirlər. Onların çoxu Rusiyadan və başqa postsovet ölkələrindən gəlir. Ən çox da Azərbaycanın cənub regionlarına səfər edirlər.

Paytaxt otellərində də müəyyən canlanma var. Çünki Səudiyyə Ərəbistanı və BƏƏ-dən gələn qonaqlar var. Yeni il onlar üçün maraqlıdır, amma onlar daha çox qar görmək üçün Qəbələ və Quba kimi yerlərə səfər edirlər. Artıq region otellərində də ərəb turistlər çoxalıb.

Son vaxtlar İsraildən gələn qonaqların sayında müəyyən bir artım var. İsrailli turistlər xüsusən, Bakı və Qubadakı Qırmızı Qəsəbəyə gedirlər.

Avropa dövlətləri arasında Böyük Britaniya və İtaliya turistləri üstünlük təşkil edir”.

C.Dövlətzadə əlavə edib:

“Ümumiyyətlə, hazırda Azərbaycanın sərhədlərini açdığı ölkələrin sayı çox məhduddur. Amma fevralın 15-dən sonra ölkələrin sayında artım ola bilər. Hazırda 50-dən çox ölkədən gəliş-gediş var. Pandemiyadan əvvəl isə bu rəqəm 200 idi”.

“Avropa və ABŞ-da “Omicron”a görə müəyyən reyslər ləğv olunur. Bu, müştərilərin gəlişinə müəyyən dərəcədə təsir göstərəcək”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Bayram günlərində turist axını: Ərəblərin ayağı açılıb