“Qalatasaray” səfərdə “Barselona” ilə heç-heçə etdi, “Sevilya” qalib gəldi

“Qalatasaray” səfərdə “Barselona” ilə heç-heçə etdi, “Sevilya” qalib gəldi

“Qalatasaray” səfərdə “Barselona” ilə heç-heçə etdi, “Sevilya” qalib gəldi

Avropa Liqasında 1/8 final mərhələsi davam edir. 

Polemika.az xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" isə "Barselona"nın qonağı olub və qolsuz bərabərə qalıb.

Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. "Spartak"ın əvəzinə isə "Leyptsiq" 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)  - 1:0

Qol: Haddadi, 60

 

00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0

Qollar: Tavernier, 11-pen, Morelos, 15, Baloqun, 51

 

00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0

Qollar: Ruiz, 3, Oliveyra,89

 

00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2

Qollar: Malinovski, 23, Muriel, 25, 49 - Aranquiz, 11, Diabi, 63

 

00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0

“Qalatasaray” səfərdə “Barselona” ilə heç-heçə etdi, “Sevilya” qalib gəldi