Qadınlarımızla amansız davranan ərəb turist problemi: "Şərəfimizi çöldən tamamışıq"

Qadınlarımızla amansız davranan ərəb turist problemi: "Şərəfimizi çöldən tamamışıq"

Qadınlarımızla amansız davranan ərəb turist problemi: "Şərəfimizi çöldən tamamışıq"

“Şərəfimizi çöldən tapmamışıq!”

Bunu Polemika.az-a açıqlamasında turizm üzrə ekspert Cabir Dövlətzadə deyib.

O, Milli Məclisinin deputatı Tahir Kərimli Bakıya gələn ərəb turistlər haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Tahir Kərimli qeyd edib: “Ərəblər özlərini çox ləyaqətsiz aparır. Turizmin inkişafına görə, pul, qazanc naminə Azərbaycanın mənəviyyatının bu qədər korlanmasına imkan verilməməlidir. Ərəblər özlərini əxlaqlı aparmır, müxtəlif hostellərdə ləyaqətsizlik edirlər. Xanımlarımıza, xalqımıza, eləcə də fauna və floramıza qarşı amansız davranırlar”.

Cabir Dövlətzadə məsələyə bir qədər fərqli yanaşıb:

“Ümumiyyətlə, Ərəb dünyasına açılan reyslər Azərbaycan turizmində partlayışa səbəb olmuşdu. Bu da özüün həm paytaxtda, həm də regionlarda özünü göstərdi.

Azərbaycana turist axını ölkəyə valyuta axınını təmin edir və turizm şirkətləri və otelçiliyi inkişaf etdirir. Eləcə də yan sektorlar, yəni restoranlar, mağazalar, “Mall”lar üçün, disko klub və barlar müştəri qazanır. 

Ölkəyə gələn turistlərin əylənmə üsulu onların sərbəst seçimidir. Amma “Azərbaycan qadınlarını yoldan çıxarırlar” deyimi doğru deyil. Əgər barda ərəb, yaxud qeyri-ərəb turist kiminləsə tanış olub harasa gedirsə, bu onların öz işidir. Şəxsiyyət vəsiqəsini göstərməklə isə istənilən otelə girmək mümkündür”.

C. Dövlətzadə əlavə edib: “Biz şərəfimizi çöldən tapmamışıq! Yəni bunu bütün Azərbaycan xalqına şamil etmək doğru olmaz. Müəyyən bir kəsim var ki, həmin kəsimlə istər-istəməz xarici turist ünsiyyətdə ola və əylənə bilər. Bu, onların təbii haqqıdır. Bəli, fərqli milli mentalitetimiz var. Namus və şərəfi qoruyub saxlamaq, çox ağrılı məsələdir”.

Mütəxəssis qeyd edib ki, Azərbaycana ərəb turistlərin çoxlu ailəli gəlir: “Bir turist özündən sonra 10 turisti gətirir. Bir turist ölkəyə girişi ilə ən azı 700 dollar pul qoyur. Yəni kiminsə milli mənsubiyyətinə görə gəlişini qadağan etmək iqtisadiyyatı iflic etmək deməkdir. 

Hər kəsin öz işi var və o öz işini görməlidir. Amma bəzən siyasətçilər açıqlama verərkən bu və ya digər kiçik hadisəni böyüdür və populizmə yuvarlanırlar. Bu doğru yanaşma deyil”, - deyə həmsöhəbtimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Qadınlarımızla amansız davranan ərəb turist problemi: "Şərəfimizi çöldən tamamışıq"