TBMM-də “Şuşa Bəyannaməsi” müzakirə olunacaq

TBMM-də “Şuşa Bəyannaməsi” müzakirə olunacaq

TBMM-də “Şuşa Bəyannaməsi” müzakirə olunacaq

Fevralın 3-də Türkiyə Böyük Millət Məclisinin komissiyasınnın iclasında “Şuşa Bəyannaməsi” müzakirə olunacaq.

Polemika.az “Report”a istinadla xəbər verir ki, sənəd parlamentin Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılacaq.

Toplantıda “Şuşa Bəyannaməsi”nin təsdiqlənməsi məsələsinə baxılacaq.

Xatırladaq ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində imzalanıb.

Şuşa Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

TBMM-də “Şuşa Bəyannaməsi” müzakirə olunacaq