Qadını ölü kimi qeydiyyata alıb pensiyasını kəsdilər - Video

Qadını ölü kimi qeydiyyata alıb pensiyasını kəsdilər - Video

Qadını ölü kimi qeydiyyata alıb pensiyasını kəsdilər - Video

67 yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb.

Polemika.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva bu səbəbdən çıxılmaz vəziyətdə olduğunu bildirib.

1955-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olmuş Həmayıl Əliyevanın sözlərinə görə, artıq 4 aydır pensiyası dayandırılıb. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.

2-ci qrup əlil olan qadının ötən ilin oktyabr ayından pensiyası kəsilib. Kartından pul çıxarmaq istəyəndə orada vəsaitin olmadığını görüb. Ağcabədi Rayon Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə isə bildirilib ki, o, ölmüş adam kimi qeydiyyata alınıb.

Həmayil Əliyeva əlavə edir ki, bununla bağlı üz tutduğu bərpa mərkəzindən də eyni cavabı alıb. Xanımın övladının məsələ ilə bağlı üz tutmadığı ünvan qalmayıb.

Məsələyə Dövlət Sosial Müdafiə Fondundan bildirilub ki, vətəndaşın müraciətinə baxılıb. Araşdırmalardan sonra problem həll olunub. Vətəndaşa növbəti ayın pensiya ödənişi zamanı təyin olunan pensiya keçmiş dövr olmaqla birlikdə ödəniləcək.

Qadını ölü kimi qeydiyyata alıb pensiyasını kəsdilər - Video