“Putinin imperiyası 5-6 müstəqil dövlətə parçalanacaq” - Rəsul Quliyev

“Putinin imperiyası 5-6 müstəqil dövlətə parçalanacaq” - Rəsul Quliyev

“Putinin imperiyası 5-6 müstəqil dövlətə parçalanacaq” - Rəsul Quliyev

"Tarixdə Putin tipli şəxsiyətlər az da olsa olub və bundan sonra da olacaq. Belə adamlar hansı yollasa hakimiyyəti ələ keçirəndən sonra öz əhalisini, ətrafındakı dövlətlərin əhalilərini məhv edib özünün mütləq hakim olduğunu sübuta etdirmək istəyir. Belələri psixi xəstədirlər, idealogiyaları olmur. Məqsədləri insanları kütləvi qırmaqla heyvani qorxu hissi aşılamaqdır".

Polemika.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, həmin şəxslər baş verənlərə qiymət vermək istəmir: "Özünü yeganə həqiqət, mütləq hesab edir, qəbul etdiyi qərarları müzakirə etməyə icazə vermir, çünki özünü ağıllı sayır. Bu, XX əsrdə Adolf Hitler idi, XXI əsrdə Vladimir Putindir. Hitler 1945-ci ilin aprelin ortalarında artıq Berlində döyüşlərin getməsinə baxmayaraq, hələ də qələbə çalacağına inanırdı. Generallara əmrlər verirdi, etiraz edənləri işdən azad edir və yenilərini təyin edirdi. Putin 2-3 gün ərzində Ukraynanı işğal edəcəyinə, Kiyevin mərkəzi küçəsində hərbi parad keçirəcəyinə o qədər inanırdı ki, o meydandan keçəcək hərbiçilər üçün parad paltarları tikdirmişdi, onların müdirlərinin sinələrinə orden, medalları da asdırmışdı.

12 mindən çox əksəriyyəti 25 yaşa qədər gənclərdən ibarət olanların hamısını məhv etdirəndən sonra heç tükü də tərpənmir, xoruz kimi gəzir. Bu insanın Rusiyanın tarixində ən azı Pyotr, Stalin kimi qalacağına heç bir şübhəsi yoxdur. Bu günlər ərzində Ukraynada nələr baş verdiyini belə eşitmək istəmir. Artıq onlarla generalı işdən çıxarıb. Evləri dağıtmaqla, şəhərləri Suriyanın Hələb şəhəri kimi viran qoymaqla Ukrayna xalqına qalib gələcəyinə inanır. Bu adam tarixə nəzər salsaydı, Qərbi Ukraynanın müharibə qurtarandan sonra 10 il Sovetlərlə vuruşduğunu, təslim olmaq istəmədiyini bilərdi. Ukraynanı tutsa belə, xalqın heç vaxt ona tabe olmayacağına inanmır. Ruslarla müqayisə edir. İnana bilmir ki, elə xalqlar var ki, onlar üçün azadlıq həyatlarından önəmlidir. Ruslarla da müqayisədə səhvə yol verir. Boğaza yığılmış rus xalqı ayağa qalxsa, 10 minlərlə putinistləri qanına qəltan edəcək. İndi imperiya yaratmaq istəyən Putinin imperiyası ən azı 5-6 müstəqil dövlətə parçalanacaq".

“Putinin imperiyası 5-6 müstəqil dövlətə parçalanacaq” - Rəsul Quliyev