“Təəssüf ki, bütün bunlar Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında baş verir...”

“Təəssüf ki, bütün bunlar Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında baş verir...”

“Təəssüf ki, bütün bunlar Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında baş verir...”

"Faşist Ermənistanın və Dünya erməniliyinin kaputulyasiya aktı olan və Rusiyanın prezidenti Vladimr Putinin, ölkə prezidenti İlham Əliyevin, Ermənistanın baş nazirinin imzalamış olduğu bəyanatdan bir il ötür. Bu bəyanat, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman, igid silahlı qüvvələrimizin 44 gün ərzində Ermənistana vurduğu ağır, sarsıdıcı və ölümcül zərbənin  Azərbaycan dövlətinin gücünün, Azərbaycan xalqı ilə dövlətimizin və Cənab Prezidentimizin birgə olmasının, cəmiyyətimizin həmrəyliyinin məntiqi nəticəsinə söykənir. Uzun illər boyu ayrı - ayrı dövlətlər tərəfindən hərtərəfli yardımla tarixi torpaqlarımızı işğal edərək, qondarma, saxta dövlət yaradan ermənilər dünyaya qəbul etdirməyə çalışdığı “Böyük Ermənistan”, “məğlubedilməz erməni ordusu”, “qədim, sivil erməni xalqı” kimi saxta miflər darmadağın olundu və bu saxta ideologiya beynəlxalq səviyyədə sıfırlandı". 

Polemika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qeyd edib.

Deputat bildirib ki, barbar Ermənistan üzərində Qələbəmiz Azərbaycanı böyük inkişaf yoluna çıxardan tarixi bir hadisədir:

"Biz tarixi torpaqlarımızda erməni işğalına son qoymaqla məğlub xalqımızı qalib millətə çevirdik. Bir il keçməsinə baxmayaraq ermənilər yenə də ən müxtəlif hiyləgərliklə, təxribatla düşmüş olduqları rəzalətli vəziyyətdən çıxmağa çalışır, Minsk qrupunun həmsədrlərinin çətiri altında yenidən Qarabağda yaşayan azsaylı ermənilərin status məsələsini gündəmə gətirməyə səy göstərir və bəyanatın bir illiyi ərəfəsində sındırılmış, yerlə - yeksan edilmiş erməni ordusunun naziri Azərbaycanın ərazisinə gəlir və ənənəvi təxribatlar törətməkdə davam edir. Təəssüflə qeyd etməliyəm ki, bütün bunlar, həm də Azərbaycanın ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında baş verir. Sülhməramlı qüvvələr bu cür təxribatların baş verməsinə birbaşa məsuliyyət daşıyır. Ermənistanın Müdafiə nazirinin Azərbaycanın torpaqlarına icazəsiz  gəlməsi təbii ki, dövlətimiz tərəfindən sərt qarşılandı, bununla bağlı Müdafiə Nazirliyinin qətiyyətli bəyanatı verildi, Ermənistanın hərbi - siyasi rəhbərliyinə ciddi xəbərdarlıq olundu. Tam əminəm ki, əgər bu cür təxribatlar davam edərsə qəhrəman silahlı qüvvələrimiz lazım olan addımları atacaq və Ermənistan bir daha olduqca ağır zərbələr alacaqdır".

"Bu günlər biz qürurlu və şərəfli tariximizin bir ilini yüksək sevinclə yaşamaqdayıq. Azərbaycan dövləti bundan sonra da  öz qüdrətini, potensialını ermənilərə və onların arxasında duran qüvvələrə qarşı qətiyyətli mövqeyini nümayiş etdirəcəkdir. 

Azərbaycan dövləti güclüdür, Azərbaycan Milləti Müzəffər Ali Baş Komandanımızla, ordumuzla bərabərdir. Biz peşəkar ordumuzala, Ali Baş Komandanımızla Dəmir Yumruq ətrafında bir Millət olaraq birləşib bundan sonra da düşmənə qarşı ən ciddi addımlarımızı atacağıq", - deyə deputat vurğulayıb.

“Təəssüf ki, bütün bunlar Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında baş verir...”