YAP-ın yaranmasının 29-cu ildönümü Suraxanıda qeyd olundu - Fotolar

YAP-ın yaranmasının 29-cu ildönümü Suraxanıda qeyd olundu

YAP-ın yaranmasının 29-cu ildönümü Suraxanıda qeyd olundu - Fotolar

Noyabrın 20-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

Polemika.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Hikmət Babaoğlu, Sadıq Qurbanov, Suraxanı RİHB-i yanında Şuranın üzvləri, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, YAP Suraxanı rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, Gənclər Birliyinin fəal üzvləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş və Suraxanı Rayon Heydər Əliyev Mərkəzində sərgilənmiş rəsm əsərləri ilə tanış olmuşlar.

Partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunan videoçarxın nümayişi ilə başlanan tədbirdə Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və tədbiri giriş sözü ilə açan YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov partiyanın müasir Azərbaycan tarixində oynadığı roldan danışmışdır. 

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünün tarixi bir anlarda, 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızın 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, əbədiyaşar Şəhidlərimizin qəhrəmanlığı sayəsində işğaldan azad olunmasının və Şanlı Qələbənin bir ilinin tamamında qeyd etməyin önəmindən bəhs etdi. 

Həmçinin tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Sadıq Qurbanov, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov da çıxış etmişlər.

Tədbir təltif olunma və bədii hissə ilə davam etmişdir.

YAP-ın yaranmasının 29-cu ildönümü Suraxanıda qeyd olundu - Fotolar