Putin Zelenski ilə görüşə razı oldu

Putin Zelenski ilə görüşə razı oldu

Putin Zelenski ilə görüşə razı oldu

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib.

Polemika.az xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı Çavuşoğlu məlumat verib.

“Biz Rusiya və Ukrayna liderlərinin görüşünün təşkili üçün səy göstəririk. Putin bizim prezidentlə telefon danışığı zamanı belə görüşün əleyhinə olmadığını deyib. Ukrayna tərəfi də hazırdır. Tərəflər arasında Belarusda texniki danışıqlar aparılır. Digər tərəfdən başqa kanalların da belə cəhdləri var, biz də bunu dəstəkləyirik”-deyə XİN rəhbəri vurğulayıb.

Qeyd edək ki, Ərdoğan və Putin arasında telefon danışğı martın 6-da olub.

Putin Zelenski ilə görüşə razı oldu