Sumqayıtda 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq

Sumqayıtda 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq

Sumqayıtda 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq

Sumqayıt şəhərində 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Bu barədə Sumqayıt Qaz İstismar Sahəsində APA-nın yerli bürosuna verilən məlumatda deyilir.

Bildirilib ki, “Şəhər-3" orta təzyiqli qaz kəmərində təmir-quraşdırma işlərinin aparılması və qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar, 14. 03. 2022-ci il tarixində saat 09:30-dan etibarən saat 11:30-dək Sumqayıt şəhərinin Kimyaçılar, Təzə Kotec, Köhnə Kotec qəsəbələri, "Xəzər bağları" yaşayış massivində, Bulvar ərazisi və 22-ci məhəllənin qaz təchizatı dayandırılacaqdır. Ümumilikdə 16500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Sumqayıtda 16 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq