Arif Hacılı Xankəndiyə getmək istəyir: “Heç kəs oraya getməyimin qarşısını ala bilməz”

Arif Hacılı Xankəndiyə getmək istəyir: “Heç kəs oraya getməyimin qarşısını ala bilməz”

Arif Hacılı Xankəndiyə getmək istəyir: “Heç kəs oraya getməyimin qarşısını ala bilməz”

“Təklif etmişdim ki, Xankəndiyə getməyə cəhd göstərmək lazımdır. Özüm ora getmək istədiyimi bildirmişdim. Xankəndi Azərbaycan ərazisidir, heç kəs oraya getməyimin qarşısını ala bilməz”.

Polemika.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

“Hakimiyyət mənə ümumi sözlərlə cavab verdi. “Baxarıq”, “düşünərik"... Hakimiyyət siyasətçilərin, jurnalistlərin Xankəndiyə getməsinin qarşısını niyə almalıdır? Hakimiyyət jurnalistlərin Xankəndiyə, Xocalıya səfərini təşkil etməlidir. Əgər buraxmasalar, dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Biz “problem yoxdur” deməklə problem bitə bilməz. Üzərinə getməliyik, həll etməliyik. Vaxt itiririk...” – A.Hacılı qeyd edib./Pravda.az

Arif Hacılı Xankəndiyə getmək istəyir: “Heç kəs oraya getməyimin qarşısını ala bilməz”