"Putin" stolu satışa çıxarıldı

"Putin" stolu satışa çıxarıldı

"Putin" stolu satışa çıxarıldı

Rusiya prezidenti Vladimir Putinin dünya liderləri ilə danışıqlar zamanı istifadə etdiyi uzun masa son günlər ən çox müzakirə edilən mövzulardan biridir.

Polemika.az xəbər verir ki, ev və ofislər üçün mebel, mətbəx texnikası və ev ləvazimatları hazırlayan İsveç şirkəti “İKEA” “Putin” adlı masanı satışa çıxarıb. 

Şirkətin istehsal etdiyi uzun masa qısa zaman ərzində insanların diqqətini çəkib. Masa 600 dollara (1020 manat)  satışa çıxarılıb. 

İnqvar Kamprad tərəfindən 1943-cü ildə İsveçdə qurulan “İKEA”  2008-ci ildən bəri dünyanın ən böyük mebel satıcısıdır.

“Bloomberg” milyarderlər indeksinin məlumatlarına əsasən, İnqvar Kamprad 58.7 mlrd dollar sərvəti ilə dünyada ən zəngin 8-ci adam idi.

"Putin" stolu satışa çıxarıldı