2 447 tələbənin təhsil haqqı kredit hesabına ödənilib

2 447 tələbənin təhsil haqqı kredit hesabına ödənilib

2 447 tələbənin təhsil haqqı kredit hesabına ödənilib

2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu fevralın 15-i saat 23:59-da yekunlaşıb.

Polemika.az xəbər verir ki, bu günədək tələbə krediti üçün 5 min 651 müraciət qeydə alınıb. Onlardan 2 min 447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.

Azərbaycanda fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin tələbələri təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Eyni zamanda orta ixtisas təhsili müəssisələrinin tələbələrinin də müraciəti qəbul olunur. Ümumilikdə götürdükdə ödənişli təhsil alan 56 min 208 tələbənin təhsil tələbə krediti almaq hüququ var

Qeyd edək ki, bu gündən 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu başlayıb. 2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlər ötən il noyabrın 25-də başlayıb və 16 fevral saat 00:00-dək davam edib. Bu günədək tələbə krediti üçün 5651 müraciət qeydə alınıb. Onlardan 2447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.

Nəzrin Vahid

2 447 tələbənin təhsil haqqı kredit hesabına ödənilib