Putin NATO-nun təlimlərini “təhlükəli sınaq” adlandırdı

Putin NATO-nun təlimlərini “təhlükəli sınaq” adlandırdı

Putin NATO-nun təlimlərini “təhlükəli sınaq” adlandırdı

Rusiya prezidenti Vladimir Putin NATO-nun Qara dəniz təlimlərində strateji hava qüvvələrindən istifadə etməklə Rusiyaya meydan oxuduğunu bəyan edib.

Polemika.az xəbər verir ki, NATO-nun Aralıq dənizində Rusiya sərhədinə yaxınlaşan çoxlu sayda təyyarə və Qara dənizdə manevr edən gəmilərlə fəaliyyətini artırmasından sonra açıqlama verən Rusiya prezidenti Vladimir Putin NATO-nun strateji hava qüvvələrini istifadə edərək keçirdiyi təlimlərin “təhlükəli sınaq” olduğunu bildirib.

Putin Müdafiə Nazirliyinində eyni bölgədə təlimlər keçirməyi təklif etdiyini söyləyib. Lakin bunu uyğun görmür və orada vəziyyəti gərginləşdirmək istəmədiyini deyib.

Qeyd edək ki, Putin açıqlamasında Rusiyanın Ukraynanı işğal etməyi planlaşdırdığına dair iddiaların tamamilə əsassız olduğunu bildirib.

Nəzrin Vahid 

Putin NATO-nun təlimlərini “təhlükəli sınaq” adlandırdı