"Azərbaycanla münasibətin pisləşməsi Ruhani hökumətinin təqsiridir" - Ekspert

"Azərbaycanla münasibətin pisləşməsi Ruhani hökumətinin təqsiridir" - Ekspert

"Azərbaycanla münasibətin pisləşməsi Ruhani hökumətinin təqsiridir" - Ekspert

"Üçtərəfli qaz müqaviləsinin İran, Azərbaycan Respublikası və Türkmənistan üçün mütləq mənada faydası olacaq".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Tarixinin Tədqiqi və Tərtibi İdarəsinin direktoru Səlimi Nəmin bildirib.

Onun sözlərinə görə, qonşu ölkələrlə münasibətlər həm sərfəli, həm də təhlükəsizlik baxımından faydalıdır.

"Lakin bəzən ölkələr vədlərə uyur və ya etinasızlıq göstərir. Ən sabit və səmərəli münasibət həmişə milli maraqlara xidmət edir. Konkret olaraq Azərbaycan Respublikasına münasibətdə bu ölkəni özümüzə çox yaxın hesab edirik, yəni əsrlər boyu mövcud olan bağlılıq baxımından ona xüsusi sevgimiz var", - deyə Səlimi Nəmin əlavə edib

O bildirib ki, İran prezidenti İbrahim Rəisi Azərbaycan Respublikası ilə bağlı əlaqələrdə xoş məram sərgiləyib.

"Üçtərəfli qaz müqaviləsinin İran, Azərbaycan Respublikası və Türkmənistan üçün mütləq mənada faydası olacaq. Son bir ayda Türkmənistandan qaz nəqli məsələsi ilə bağlı çox ciddi ekspert danışıqlarımız olub və üçtərəfli sazişin imzalanması ilə nəticələnib. 2 milyard kubmetr türkmən qazını Sərəxs rayonunda alacaq və Astaradan Azərbaycan Respublikasına çatdıracağıq. Bu cür qarşılıqlı əlaqə anlaşılmazlıqları aradan qaldıra və bölgədəki fitnə mərkəzlərinin səylərini əngəlləyə bilər", - deyə siyasi analitik vurğulayıb.

İran Tarixinin Tədqiqi və Tərtibi İdarəsinin direktoru Həsən Ruhani administrasiyasının qonşu dövlətlərlə dair siyasətini  tənqid edib: “Təəssüf ki, əvvəlki hökumət qonşuların xeyirxah rəftarına cavab olaraq bir çox imkanları əldən qaçırıb və bu, milli mənafelərə çoxlu ziyan vurub, lakin indiki vəziyyətdə təsiredici nəticələr gözləyə bilərik. Ruhani hökumətinin problemi ondan ibarət idi ki, o, Qərbin boş vədlərinə aldanıb. Buna görə də Azərbaycan Respublikası və s. qonşu ölkələrlə qarşılıqlı əlaqəyə ehtiyac görməyib".

 

"Azərbaycanla münasibətin pisləşməsi Ruhani hökumətinin təqsiridir" - Ekspert