“Putin etnik yəhudini “faşist” olmaqla suçlayır...” 

“Putin etnik yəhudini “faşist” olmaqla suçlayır...” 

“Putin etnik yəhudini “faşist” olmaqla suçlayır...” 

“Balacaboy kompleksli Kreml sahibinin ən təhlükəli tərəfi odur ki, söylədiyi absurd fikirlərə, mənasız tarixi ekskurslara, öz dediklərinə, dediklərinin həqiqət olduğuna inanır - bu dünya üçün böyük təhdid yaradır. Siyasətçilər manevr üçün müəyyən tezisləri müdafiə edəndə onlardan vaz keçmələri daha asan olur, inanıb hərəkət edəndə isə fəlakətlər yaşanır”.

“Polemika.az” xəbər verir ki, bunu REAL Partiyasının üzvü Natiq Cəfərrli deyib. O, bildirib ki, Kreml sahibinin son tezisləri, çağırışları, addımları Rusiyanın gələcəyini sual altına alır: “Adam açıq şəkildə başqa ölkədə hərbi çevrilişə çağırır, xunta qurulmasını istəyir, etnik yəhudi birini "faşist" olmaqla suçlayır, Ukraynada çevrilişlə hakimiyyətə "nasistlərin" gəldiyini söyləyir və buna inanır - faciədir. 

Yaxşı, sən 2014 də Ukraynada "çevriliş" olduğunu söyləyib absurd tezislərini onun üzərinə inşa edirsənsə, istinad nöqtəsi budursa, anla ki, 2014 dən sonra Ukraynada 4 böyük seçki olub, Ukrayna xalqı 2 prezident, 2 parlament seçkilərində səs veriblər, prezident, parlamentin tərkibi 80%, hökumətin tərkibi bir neçə dəfə dəyişib - buna nə sözün?! Kreml sahibinin "məntiqi" ilə 1917-dən bəri Rusiyanın bütün hakimiyyətləri qeyri-legitimdir, axı çevrilişlə başlayıblar, "Maydan"-la hakimiyyətə gəliblər, silahlı üsyan edib hüquqi hakimiyyəti deviriblər - bu necə olsun o zaman?!

Və ya, qondarma "DXR və LXR"-i tanımaqla Kreml özü üçün quyu qazdığının fərqində deyilmi?! Əgər belə davranış məqbuldursa, tanıyıb qoşun yeritmək olarsa, bir müddət sonra Rusiya və Belarus ərazilərində yeni "respublikalar" yaranarsa, Qərb də onları tanıyıb, müqavilə bağlayıb qoşun yeridərsə nə olacaq?! Əgər suveren dövlətin ərazisində yaşayanlara pasport paylamaqla müdaxiləyə "legitimlik" yaradırsa, sabah Kalininqradda Almaniya pasportu paylayıb müdaxiləyə əsas yaranmayacaqmı?! 

Kompleksi və boteksli "maço" özü də bilmədən ölkəsini böyük bir bəlanın tam ortasına atdı-atır, amma ən böyük təhlükə odur ki, onun, "mənsiz ("Rusiyasız" deyib, amma onun üçün Rusiya elə özüdür) dünya nəyə lazımdır", tezisi, son anda istənilən dəhşətə imza atmasına səbəb ola bilər, dünyanı xaosa sürükləyər.

Ümid edirəm ki, hələ də Rusiyada, Kremlin "qüllələrində", əsas da hərbi elitada ağlı başında olub məsuliyyəti hiss edənlər var, və onlar faciələri önləyə biləcək...”

“Putin etnik yəhudini “faşist” olmaqla suçlayır...”