“İlin sonuna qədər bir sıra yüksək səviyyəli görüşlər keçiriləcək” –Zaxarova Qarabağdan danışdı

“İlin sonuna qədər bir sıra yüksək səviyyəli görüşlər keçiriləcək” –Zaxarova Qarabağdan danışdı

“İlin sonuna qədər bir sıra yüksək səviyyəli görüşlər keçiriləcək” –Zaxarova Qarabağdan danışdı

“Rusiya bütün istiqamətlərdə Bakı ilə Yerevan arasındakı münasibətlərin normallaşdırılması üçün lazım olan dəstəyi göstərmək niyyətindədir”.

“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib.

“Bildiyiniz kimi, dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli İşçi Qrupunun növbəti, səkkizinci iclası keçirilib. Bir gün əvvəl, oktyabrın 19-da rus hərbçilərinin köməyi ilə daha 5 erməni ölkəsinə qaytarılıb. Bakının bu addımını alqışlayırıq. Ümid edirik ki, saxlanılanların geri qaytarılması prosesi davam edəcək. Ümumilikdə, o cümlədən Rusiyanın vasitəçilik səyləri sayəsində 2020-ci ilin dekabrından etibarən saxlanılan 122 şəxsin dəyişdirilməsi həyata keçirilib. 105 nəfər Ermənistana, 17 nəfər Azərbaycana qayıdıb. Biz bundan sonra da Bakı ilə Yerevan arasındakı münasibətlərin bütün istiqamətlərdə normallaşması üçün lazım olan yardımı göstərmək niyyətindəyik", - deyə Zaxarova qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, pandemiyaya baxmayaraq, Rusiya-Azərbaycan təmaslarının intensivliyi çox yüksək səviyyədə olaraq qalır. Son günlər bir sıra Azərbaycan rəsmiləri Rusiyaya səfər ediblər. "Qeyd edilən səfərlərdən başqa, Müqəddəs Patriarx Kirill Moskvada oktyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşüb, oktyabrın 14-də Rusiya və Azərbaycan xarici işlər nazirləri MDB xarici işlər nazirləri Şurası çərçivəsində Minskdə söhbət ediblər. Bütün bunlar əlbəttə ki, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsinin və əlaqələrimizin şaxələndirilmiş olduğunun sübutudur. İlin sonuna qədər bir sıra yüksək səviyyəli görüşlərin və tədbirlərin keçiriləcəyi gözlənilir", - deyə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.

M.Zaxarova onu da deyib ki, Rusiya iqtisadiyyat operatorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin münaqişədən sonrakı yenidənqurmasında iştirak etməyə hazırdırlar. “Bu il iyulun 23-də əməkdaşlığın perspektivli sahələrinin müəyyən edilməsi üçün iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın rəhbərlik etdiyi işgüzar missiya Bakıda olub. Noyabrın 17-18-də yerli şirkətlər qrupu Azərbaycana yenidən səfər etməyi planlaşdırır. Bu istiqamətdə Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının praktiki şəkildə həyata keçirilməsinin nümunələrindən biri oktyabrın 4-də Cəbrayıl bölgəsində keçirilən birgə “KAMAZ” xidmət mərkəzi və “Gəncə Avtomobil Zavodu” istehsalat birliyinin təməlqoyma mərasimidir. Biz, əlbəttə ki, Rusiya iş adamlarının Azərbaycanda fəaliyyətinin genişləndirilməsində maraqlıyıq və bu cür birgə işi Moskva ilə Bakı arasındakı münasibətlərin vacib tərkib hissəsi hesab edirik. Buna hər cür yardım edəcəyik", - deyə M. Zaxarova bildirib.

“İlin sonuna qədər bir sıra yüksək səviyyəli görüşlər keçiriləcək” –Zaxarova Qarabağdan danışdı