Ukraynadakı azərbaycanlıların taleyi necə olacaq? – Mümkün variantlar

Ukraynadakı azərbaycanlıların taleyi necə olacaq? – Mümkün variantlar

Ukraynadakı azərbaycanlıların taleyi necə olacaq? – Mümkün variantlar

Ukrayna böhranı çərçivəsində bir çox ölkələr öz vətəndaşlarını ölkədən təxliyə etməyə çalışır. Hava məkanının bağlı olması səbəbindən xarici ölkə vətəndaşlarının çoxu quru yol ilə digər ölkələrə keçməyə çalışırlar. Azərbaycan Ukrayandakı soydaşlarımızın təhlükəsizliyini təmin etmək üçün hansı addımları ata bilər?

Polemika.az-ın suallarını cavablandıran siyasi şərhçi Tofiq Abbasov bildirib ki, qəfl yaranan ağır vəziyyətlər həmişə çoxsaylı sualları doğurur və onlara dərhal cavab tapmaq çətindir:

“Çünki bu proses Ukrayna hakimiyyəti orqanlarının iştirakı olmadan baş verə bilməz. Bilirsiniz ki, orada bizim səfirliyimiz var və onlar gərək hakimiyyət orqanlarıyla birlikdə həmahəng hərəkət etsinlər. 

Bunun üçün plan olmalıdır. Çünki orada tək Azərbaycan vətəndaşları deyil, eləcə də, digər ölkələrin vətəndaşları yaşayırlar, oxuyurlar, fəaliyyət göstərirlər və s. Ona görə də, Ukrayna dövlətinin bu yanaşmaya gərək bir modeli olsun”.

Mütəxəssis onu da vurğulayıb ki, üçüncü ölkələrin məsləhəti ilə insanları orada çıxarmaq texnologiyası var və burada, ilk növbədə, qonşu ölkələrdən gedir söhbət:

“Bu həm, Polşa, Belarus, Macarıstan, Slovakiya, Rumıniya, eləcə də, Moldova ola bilər ki, bu ölkələrlə Ukrayna həmsərhəddir. Yəni onların vasitəsiylə bu proses həyata keçiirlə bilər.

Amma lazımdır ki, kommunikasiyalar işləsin. Əgər bu müharibənin gedişatı kommunikasiyaların fəaliyyətinə qarşı pozucu bir effekt göstərməyibsə, bu texnologiyanı istifadə etmək olar. Məsələn, bildiyiniz kimi Ukraynanın hava məkanı bağlıdır. Deməli, quru üzərindən keçidlər qalır. Onlardan təbii ki, istifadə olunacaq”.

Eskpert söyləyib ki, bu tədbirlərdə Kiyevdəki Azərbaycan səfirliyi gərək hökmən iştirak etsin:

“Səfirliyimiz Ukrayna dövlətinin müvafiq qurumları, nazirliklikləri, eləcə də, idarələri ilə əlaqəsini təmin etsin ki, ilk növbədə, burada anlaşılan bir vəziyyət olsun, digər tərəfdən də problemli vəziyyət aradan qalxsın. Çünki həqiqətən də müharibə başladıqda görürsən ki, bütün adi görünən proseslər hamısı pozulur. Təbii ki, bu qatma-qarışıq vəziyyətdə yeni münasib konfiqurasiyaların tapılması labüddür. Ona görə də, bunların hamısını düzgün hesablamaq lazım idi. Səfirliyimizlə Ukraynanın dövlət strukturları arasında koordinasiya olmalıdır. Bunun ən münasib yolu budur”.

Rafi MÜSLÜMOV

Ukraynadakı azərbaycanlıların taleyi necə olacaq? – Mümkün variantlar