200 nəfərdən artıq azərbaycanlı Ukraynadan təxliyə olunmaq istəyir

200 nəfərdən artıq azərbaycanlı Ukraynadan təxliyə olunmaq istəyir

200 nəfərdən artıq azərbaycanlı Ukraynadan təxliyə olunmaq istəyir

Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargaha 200 nəfərdən artıq Azərbaycan vətəndaşı təxliyə olunmaq üçün müraciət edib.

Polemika.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Onların arasında Ukraynada təhsil alan azərbaycanlı tələbələr də var.

Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

 

200 nəfərdən artıq azərbaycanlı Ukraynadan təxliyə olunmaq istəyir