Prokurorluq Tərtərdəki mina partlayışı ilə bağlı açıqlama yaydı

Prokurorluq Tərtərdəki mina partlayışı ilə bağlı açıqlama yaydı

Prokurorluq Tərtərdəki mina partlayışı ilə bağlı açıqlama yaydı

18 fevral 2022-ci ildə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu barədə Tərtər rayon prokurorluğundan Polemika.az-a verilən məlumatda bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Prokurorluq Tərtərdəki mina partlayışı ilə bağlı açıqlama yaydı