Bakıda qadınlar üçün striptiz: "Tərbiyəli uşaqlardı..." + VİDEO

Bakıda qadınlar üçün striptiz: "Tərbiyəli uşaqlardı..."

Bakıda qadınlar üçün striptiz: "Tərbiyəli uşaqlardı..." + VİDEO

Bakıda qadınlar üçün striptiz göstərən klubun fəaliyyətə başlaması xəbəri sosial şəbəkələrdə ildırım sürətilə yayılıb. Görüntülərdə Şaxta baba qiyafəli əzələli oğlanların, həqiqətən, striptiz göstərib-göstərmədyi isə tam aydın olmur.

Mövzu ilə bağlı Polemika.az-a danışan rəqqasə Rəna Ağamuradova (Renka) sözügedən görüntülərin klubdan deyil, restoranda göstərilən əyləncəli şoudan çəkildiyini bildirib:

“Özüm də həmin restoranda çıxış edirəm. Görüntülər həmin şoudandır. Dünyanın hər yerində bu tip şoular var. 

Görüntülərin qınaqla qarşılanması normaldır, bunun qarşısını almaq mümkün deyil. Amma qınayan şəxslərin özü başqa ölkələrdə min hoqqa çıxarırlar. Bunu öz gözlərimlə görmüşəm.

Yayılan görüntülərə sosial şəbəkədə bir şərh yazdım, məni söyməyə başladılar. 

Fakt budur ki, həmin şouda çıxış edən oğlanları tanıyıram və bilirəm ki, tərbiyəli uşaqlardır. Onlar həm idmançı, həm də rəqqasdır. Görüntülərdən də görünür ki, şalvarlı rəqs edirlər. Sadəcə olaraq bir yenilik ediblər”.

Rəqqasə rəqsin striptizlı eyniləşdirilməsini səhv adlandırıb:

“Videoya “striptiz” adı qoyublar. Striptiz tamam başqa bir şeydir. Orada belə ağır hərəkətlər olmur. Striptiz üçün əməlli-başlı soyunmalısan. 

Əvvəlcə şərh yazmağıma peşman oldum, amma sonra düşündüm ki, düz eləmişəm. Öz fikirlərimi dedim, kim haqqımda nə fikirləşirsə, fikirləşsin, vecimə deyil. Hamı xasiyyətimi bilir, bilirlər ki, işimi necə sevirəm. 

Mən oriyental rəqsi xanımlara sevdirən insanam. Əgər mən Azərbaycanda oriyentalı qızlara sevdirdimsə, deməli, oğlanların bu tip rəqsləri də dəbə düşəcək. 

Vaxt var idi ki, qadınlar az qalırdı məni məclisdən qovsunlar, amma indi qızlar məclislərində iştirak etməyim üçün bir ay öncədən növbəyə yazılırlar”.

Əsmətxanım

Bakıda qadınlar üçün striptiz: "Tərbiyəli uşaqlardı..." + VİDEO