AMEA Ümumi Yığıncağının gündəliyi təsdiqləndi

AMEA Ümumi Yığıncağının gündəliyi təsdiqləndi

AMEA Ümumi Yığıncağının gündəliyi təsdiqləndi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının sabah keçiriləcəyi dəqiqləşib.

Polemika.az xəbər verir ki, bu barədə APA-ya AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib.

A. Balayeva bildirib ki, iclasın gündəliyinə yalnız kadr məsələsi daxil edilib.

Qeyd edək ki, AMEA-nın Nizamnaməsinə əsasən, Ümumi Yığıncaq onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Buna görə də dünən AMEA-nın yaydığı rəsmi məlumatda bildirilmişdi ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək və bundan sonra iclasın gündəliyi məlum olacaq.

AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev isə APA-ya açıqlamasında bildirmişdi ki, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq.

 

AMEA Ümumi Yığıncağının gündəliyi təsdiqləndi