"Paşinyan hər yeri "böcək"lə doldurub" - "Erməni nəşri

"Paşinyan hər yeri "böcək"lə doldurub" - "Erməni nəşri

"Paşinyan hər yeri "böcək"lə doldurub" - "Erməni nəşri

"Görünür, Nikol Paşinyan hətta öz kölgəsindən də qorxmağa başlayıb. O, nəinki milyonlarla dollar xərcləyir, xaricdə təhlükəsizlik proqramları alır və siyasi opponentlərin danışığını dinlədir, həm də onun göstərişi ilə dövlət qurumları, hər ofis, hər bir foye “böcəklər"lə (dinləmə cihazları red.) doludur”.

 Polemika.az xəbər verir ki, bunu "Hraparak" qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib:

“Bu yaxınlarda Müdafiə Nazirliyində kifayət qədər diqqətçəkən hadisə baş verib. Nazirliyin tabeliyində olan qurumlardan birinin rəisi ali instansiyanın göstərişi ilə idarəsinin 4 əməkdaşını dindirib. O, aparat işçilərindən soruşub ki, niyə iş yerində və iş vaxtı dövlət başçısı - Nikol Paşinyanı tənqid edib, onu “torpaq satan”, “kapitulyator” adlandırıblar.

Rəis aralarında bir qadının da olduğu işçiləri növbə ilə kabinetinə çağırıb və izahat tələb edib. Kişi işçiləri tövbə  edib, bir daha belə etməyəcəklərinə söz veriblər, ancaq qadın cavab verib ki, yaxşı iş görüb, bu, onun konstitusion hüququdur: "Bəlkə, Ermənistan artıq demokratik ölkə deyil və sərbəst fikir bildirmək olmaz”.

"Paşinyan hər yeri "böcək"lə doldurub" - "Erməni nəşri