Saatlı və Sabirabadda karantin qaydaları pozan şəxslər aşkarlandı

Saatlı və Sabirabadda karantin qaydaları pozan şəxslər aşkarlandı

Saatlı və Sabirabadda karantin qaydaları pozan şəxslər aşkarlandı

Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə Saatlı və Sabirabad rayonlarında gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Polemika.az DİN-in mətbuat xidmətə istinadla xəbər verir ki, hər iki rayon ərazisində polis əməkdaşları fəaliyyətinə icazə verilən və insanların sıx olduğu qapalı məkanlarda mütəmadi olaraq nəzarət tədbirləri keçirir.

Eyni zamanda, sahibkarlarla, eləcə də vətəndaşlarla izahedici söhbətlər apararaq, təyin olunmuş qaydalara riayət etməyə tapşırırlar.

Keçirilən tədbirlər zamanı edilən tövsiyələrə və xəbərdarlıqlara baxmayaraq qaydaları pozan şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Saatlı və Sabirabadda karantin qaydaları pozan şəxslər aşkarlandı