Rusiyada içki məclisində qumbaranın partlaması nəticəsində bir nəfər öldü

Rusiyada içki məclisində qumbaranın partlaması nəticəsində bir nəfər öldü

Rusiyada içki məclisində qumbaranın partlaması nəticəsində bir nəfər öldü

Rusiyada içki məclisində faciə baş verib.

Polemika.az xəbər verir ki, hadisə Bryansk vilayətinin "Moskovski" mikrorayonunda olub.

4 dost ev şəraitində yeyib-içərkən dostlardan biri özü ilə gətirdiyi qumbaranı stolun üzərinə qoyub. Bu zaman partlayıcı işə düşüb. Partlayış nəticəsində dostlardan biri - 29 yaşlı kişi qəlpə yarasından hadisə yerində ölüb.

Rusiya İstintaq Komitəsinin regional şöbəsi tərəfindən cinayət məcəlləsinin “ehtiyatsızlıqdan insan ölümünə səbəb olma, habelə partlayıcı qurğuların qanunsuz saxlanması” maddəsi ilə cinayət işi başlanıb./APA

Rusiyada içki məclisində qumbaranın partlaması nəticəsində bir nəfər öldü