Paralimpiyaçımız Pekin Oyunlarında niyə çıxış etmədi?

Paralimpiyaçımız Pekin Oyunlarında niyə çıxış etmədi?

Paralimpiyaçımız Pekin Oyunlarında niyə çıxış etmədi?

Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış etməyib.

Milli Paralimpiya Komitəsininin mətbuat xidmətindən Polemika.az-a verilən məlumata görə, Ramazanzadə bu gün yarış öncəsi son məşqində ağır zədə alıb.

İdmançıya lazım olan yardım göstərildiyi bildirilir. 

Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub.

Xatırladaq ki, Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.

Paralimpiyaçımız Pekin Oyunlarında niyə çıxış etmədi?