“Barselona”nın hücumçusu ürəyindəki problemə görə 3 ay oynamayacaq

“Barselona”nın hücumçusu ürəyindəki problemə görə 3 ay oynamayacaq

“Barselona”nın hücumçusu ürəyindəki problemə görə 3 ay oynamayacaq

İspaniya "Barselona"sı "Alaves"ə qarşı La Liqanın XII tur oyunundan (1:1) sonra xəstəxanaya aparılan Serxio Aqueronun səhhəti ilə bağlı məlumat yayıb.

Polemika.az xəbər verir ki, argentinalı hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması - red.) diaqnozu qoyulub.

33 yaşlı forvard 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, matçın gedişində nəfəs darlığından əziyyət çəkən Aquero 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənib. Həkimlərin müşayiəti ilə meydanı tərk edən futbolçu xəstəxanaya yollanaraq kardioloji müayinədən keçib./Report

“Barselona”nın hücumçusu ürəyindəki problemə görə 3 ay oynamayacaq