Ermənilər Xocalı və Goranboyda mövqelərimizi atəşə tutdu

Ermənilər Xocalı və Goranboyda mövqelərimizi atəşə tutdu

Ermənilər Xocalı və Goranboyda mövqelərimizi atəşə tutdu

"Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub".

Polemika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Məlumatda qeyd olunur:

"Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir".

 

Ermənilər Xocalı və Goranboyda mövqelərimizi atəşə tutdu