“Onları elə oradaca asmaq lazımdır” - Seyran Səxavətdən sərt sözlər

“Onları elə oradaca asmaq lazımdır” - Seyran Səxavətdən sərt sözlər

“Onları elə oradaca asmaq lazımdır” - Seyran Səxavətdən sərt sözlər

“Mən “Nekroloq” romanımda da Hacı Zeynalabdin Tağıyevdən bəhs etmişəm. Orda belə bir fəsil var ki, Bakıdakı heykəllər yığışıb mitinq edir, xalq da toplaşır. Orda Hacı Zeynalabdin heykəl kimi yox, canlı insan kimi işirak edərək xalqa müraciət edir. Hacı Zeynalabdin oxumamış, savadsız adam idi, amma orda xalqa elə möhtəşəm müraciət edir ki, Füzulinin, Nizaminin, Sabirin heykəlini ürəkləndirmək üçün hər birinə də üzük bağışlayır”.

Polemika.az xəbər verir ki, yazıçı Seyran Səxavət xeyriyyəçi, misioner Hacı Zeynalabdin Tağıyev haqda danışarkən deyib. Yazıçı Hacı Zeynalabdinin təhsil sahəsində də kifayət qədər işlər gördüyünü bildirib:

“Hacı Zeynalabdin Allahın etdiyi bir rəhm kimidir. Onun hesabına kifayət qədər adamlar təhsil alıb, maarifləndirici işlər görüb. Bunları hamımız bilirik. Amma onun heykəlinin əlindəki təsbehi qıran şəxsləri elə heykəlin yanında asmaq lazımdır. Bunu eşidib çox pis oldum. Alçaqlığın dərəcəsinə fikir verin. Hacı Zeynalabdin millət, xalq deməkdir, çünki o, elə bu xalqın içindən çıxmışdı. Bu adam bəxtindən doğulmuş bir Azərbaycan insanı idi. Qazandığı pullarla həmişə xalqına xidmət edir. Mənim üçün o, Azərbaycan tarixində ən böyük adamlardan biridir. Örnək olası adamlardan, xeyriyyəçilərdən biridir. Bizim indiki milyonçularımız Hacı Zeynalabdinə baxsın və Allah bunlara ağıl versin. Çünki dünyanın malı dünyada qalacaq”.

Qeyd edək ki, bu gün xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. 1823-cü il yanvarın 25-də Bakıda anadan olub. /Moderator.az

“Onları elə oradaca asmaq lazımdır” - Seyran Səxavətdən sərt sözlər