Oğurluğa görə işdən çıxarılan baş həkimin yerinə təyinat - Video

Oğurluğa görə işdən çıxarılan baş həkimin yerinə təyinat

Oğurluğa görə işdən çıxarılan baş həkimin yerinə təyinat - Video

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin olunub.

Yenisabah-ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, tibb müəssisəsinin direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib.

İ.Ramizoğlu indiyədək həmin xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əzizovun marketlərdən birindən oğurluq etməsi ilə bağlı görüntüləri yayılıb. O, ötən gün öz ərizəsi ilə vəzifəsindən azad olunub. 

Oğurluğa görə işdən çıxarılan baş həkimin yerinə təyinat - Video