"Nüvə sazişi"nə dair danışıqlar son mərhələyə qədəm qoydu

"Nüvə sazişi"nə dair danışıqlar son mərhələyə qədəm qoydu

"Nüvə sazişi"nə dair danışıqlar son mərhələyə qədəm qoydu

"Həftələrlə davam edən gərgin danışıqlardan sonra biz razılığa həmişəkindən daha yaxınıq, lakin hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır".

Polemika.az xəbər verir ki, bu barədə İran nazirinin müavini, JCPOA-nın bərpası üzrə iranlı müzakirəçi Əli Baqiri Kani öz Twitter səhifəsində yazıb.

“Bizim danışıqlar aparan tərəfdaşlarımız realist olmalı, barışmazlıqdan qaçmalı və son dörd ilin dərslərini nəzərə almalıdırlar. Onların ciddi qərarlar verməsinin vaxtı çatıb”.

Öz növbəsində, Dövlət Departamentinin sözçüsü Ned Prays. ABŞ-ın 2015-ci il razılaşmasını xilas etmək üçün İranla dolayı danışıqların son mərhələsində olduğunu söyləyib:

"Bu, həqiqətən də, JCPOA-ya uyğunluğa qarşılıqlı qayıdışın olub-olmadığını müəyyən edə biləcəyimiz çox vacib bir dövrdür".

"Nüvə sazişi"nə dair danışıqlar son mərhələyə qədəm qoydu