Nüşabə Manafın həbsinə haqq qazandırdı: "Artıq söhbətlərə ehtiyac yoxdur"

Nüşabə Manafın həbsinə haqq qazandırdı: "Artıq söhbətlərə ehtiyac yoxdur"

Nüşabə Manafın həbsinə haqq qazandırdı: "Artıq söhbətlərə ehtiyac yoxdur"

Müğənni Manaf Ağayevin 15 sutka müddətinə həbs olunması ölkədə ciddi rezonans doğurub. Sənət adamları ard-arda bu məsələyə münasibət bildirirlər.

Polemika.az xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli də İnstaqram hesabında bu mövzuda paylaşım edib:

"Manaf Ağayev və Sənan dostumuz hər kəsə yardım edən insanlardır. Əgər bu gün bilmədən səhv edib, müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli həm Manafın, həm də Sənanın doğma rayonudur. Eybi yox, amma artıq söhbətlərə və şərhlərə ehtiyac yoxdur. Onlar Azərbaycan oğullarıdır. Qanun şahdır, vəssəlam. Heç kəs sevinməsin, onları sevirik, qəlbimizdədirlər. Qapıları açıq olsun".

Qeyd ki, Manaf Ağayev və Sənan Hüseynov Füzuliyə icazəsiz səfər etdiyi üçün 15 sutka müddətinə azadlıqdan məhrum edilib. 

Nüşabə Manafın həbsinə haqq qazandırdı: "Artıq söhbətlərə ehtiyac yoxdur"