"ABBA" yeni albomla geri dönür
"ABBA" yeni albomla geri dönür
İsveçin məşhur "ABBA" qrupu dağılmasından 40 il sonra “Voyage” albomu ilə geri dönür.
Polemika.az xəbər verir ki, bu barədə qrupun "Twitter" səhifəsində bildirilib.
Xatırladaq ki, “ABBA” 1970-1982-ci illərdə fəaliyyət göstərmiş İsveç musiqi kvartetidir. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb (Anni-Frid, Benni, Byorn, Aqneta)
Qeyd edək ki, qrupun bütün dünyada 350 milyon albomu satılıb. Həmçinin “ABBA” 1974-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibidir.