Novella Cəfəroğlu: "Nəinki danışmalı, tənqid etməli, hətta söyməliyik"

Novella Cəfəroğlu: "Nəinki danışmalı, tənqid etməli, hətta söyməliyik"

Novella Cəfəroğlu: "Nəinki danışmalı, tənqid etməli, hətta söyməliyik"

“Başa düşməliyik ki, narahatlıq davam edir, problemlərimiz tamamilə həll olunmayıb”.

Bu sözləri Polemika.az-a açıqlamasında tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

N.Cəfəroğlu cəmiyyətdəki problemlərdən gileylənib:

“Problemlərimiz çoxdur. Bu tərəfdən İran var, hansı ki, mən İrana ömrümdə inanan adam deyiləm. Ona görə ki, farslar heç vaxt bizi istəməyib və istəməyəcəklər də. Amma biz məcburuq onlarla qonşuluq edək. Çünki 50 milyona yaxın həmtəvənlimiz orada yaşayır.

Bu tərəfdən də Rusiya var. Onu da deyim ki, Rusiya da heç belə üzüyola bir ölkə deyil. Deyirlər ki, “ruslarla dostluq et, amma çomağı əlindən buraxma”.

Biz çalışmalıyıq ki, özümüz, öz içimizdə elə cəmiyyət quraq ki, iqtidarlı, müxalifətli, bir sözlə hərtərəfli olsun ki, biz, millətimizin təhlükəsizliyi ilə yanaşı, torpaqlarımızı da qoruyaq.

Bu gün biz hər şeydə çılğın çıxışlar edirik. Axı bu, belə olmamalıdır. Məmurlar tərəfindən bu gün insan haqları pozulur. Onların hamısını bir yerdə işləyib ortalığa çıxarmalıyıq, amma bunu etmirik. Niyə? Yeri gələrsə, tənqid də etməliyik, ortalığa da çıxarmalıyıq, danışmalıyıq da, hətta söyməliyik. Amma bunla içərimizdə, öz-özümüzlə olmalıdır”.

Rafi MÜSLÜMOV 

Novella Cəfəroğlu: "Nəinki danışmalı, tənqid etməli, hətta söyməliyik"