“Paşinyanın MDB sammitindəki təklifi ciddi proseslərdən xəbər verir, çünki...”

“Paşinyanın MDB sammitindəki təklifi ciddi proseslərdən xəbər verir, çünki...”

“Paşinyanın MDB sammitindəki təklifi ciddi proseslərdən xəbər verir, çünki...”

“Bu saat Azərbaycanla Ermənistan arasında sülh yaratmaq istiqamətində məlum işlər gedir. Düzdü, bu işlər haqda mətbuata məlumat verilmir. Mətbuata açıq olmayan danışıqlar ona görə belə gizli şəraitdə aparılır ki, erməni cəmiyyəti dəyişikliklərə hazır olmayan, boğulan bir cəmiyyətdir. Paşinyanın da bu sarıdan ciddi çətinlikləri var”

Polemika.az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli Azərbaycan tərəfinin beş erməni diversantını Ermənistana qaytarması haqda danışarkən deyib. Politoloqun sözlərinə görə bununla erməni cəmiyyətinə müəyyən mesajlar göndəririk:  

“Bu da ondan ibarətdir ki, qarşıda onu ciddi proseslər gözləyir. Məsələn, Azərbaycanınn ərazi bütövlüyünü tanımaq, Qarabağda qalan ermənilərin məsələsi və sair. Bu məsələlərdə ola bilsin ki, ciddi güzəştlərə getmək lazım oldu. Bu güzəştlərə gedən zaman erməni cəmiyyətinin qarşısında dayanmaq çox çətin olacaq. Çünki illərdir, bəlkə də min illərdir erməni millətçiliyi uğrunda tərbiyə edilmiş, nəsildən-nəslə ötürülən bu ekstrimist, faşist xarakterli millətçilik əhval-ruhiyyəsi adamların bir çoxunun beynində kök salıb. Ona görə də həmin cəmiyyəti yenidən tərbiyə etmək, formalaşdırmaq çətin olacaq. 

Mənim zənnimcə Azərbaycan tərəfi də müəyyən adımlar atmağa məcburdur. Bu addımlar elə addımlar olmalıdır ki, Azərbaycanın yeritdiyi humanist siyasəti, bölgədə səmimi qəlbdən sülh, Ermənistanla yaxın qonşuluq münasibətlərini bərpa etmək, bölgənin maddi rifah halının yüksəldilməsi istəyini erməni cəmiyyətinə çatdırsın. Düzdür, bunun üçün bizim böyük güzəştlər etmək imkanımız yoxdur, amma müəyyən siyasi manevrlər etmək də tələb olunur. 

Paşinyan MDB dövlətləri başçılarının sammitində qeyd etdi ki, “gəlin bunu dəhliz adlandırmayaq, amma Zəngilandan Naxçıvana dəmir yolu çəkilə bilər və çəkiləcək”.  Mənim zənnimcə, bu ciddi güzəşt idi və ciddi proseslərdən xəbər verirdi. Paşinyanın bu təklifi erməni cəmiyyətini xeyli silkələdi. O, sülh danışıqlarına hazır olduğunu da bildirdi və Rusiya da bu məsələdə hər iki tərəfə təlqinlər etməkdədir. Bunlardan biri də Azərbaycanın müəyyən jest etməsiylə bağlıdır və bunu da etdi. Beş nəfər xəstəhal olan, yəni sağlamlığı yerində olmayan, ağır cinayətlər törətməyən, sadəcə olaraq bölgəyə təxribat məqsədilə sızdırılmış qrupların tərkibində olan adamları Ermənistana verdi. Biz əlimizdə olan məhbuslarla erməni cəmiyyətinə müəyyən mesajlar göndəririk ki, nəyə köklənmişik və nələri istəyirik. Doğrudan da bu, cəmiyyətin və onun siyasi rəhbərliyinin humanist xarakterini Ermənistan cəmiyyətinə çatdırmaq məqsədi güdürdü. Eyni zamanda, hesab edirəm ki, bu, Paşinyanın da əlini gücləndirən amildir. Yəni bundan sonra qarşıda duran ciddi danışıqlarda Paşinyan daha ciddi, böyük kompromislərə getməyə hazır olmalıdır”. /Moderator.az

“Paşinyanın MDB sammitindəki təklifi ciddi proseslərdən xəbər verir, çünki...”