“Sovet İttifaqı bərpa oluna bilər” - Kalaşnikov

“Sovet İttifaqı bərpa oluna bilər” - Kalaşnikov

“Sovet İttifaqı bərpa oluna bilər” - Kalaşnikov

Rusiya və Belarusun yaratdığı İttifaq dövlətinə sonradan vaxtilə Sovet İttifaqının tərkibində olan digər ölkələr də qoşula bilər.

Polemika.az xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun fikrincə, İttifaq dövləti keçmiş sovet respublikaları üçün cəlbedici olmalıdır:

“Bu birlik sərhədin olmaması, heç bir icazə olmadan işləmək, bir-birindən öyrənmək, sürücülük vəsiqəsini başqa dilə çevirməmək deməkdir”.

Parlamentari hesab edir ki, daha sonra gələcəkdə vahid qanunverici orqan olacaq.

O, İttifaq dövlətinin Ali Dövlət Şurasının onlayn iclasının bu mövzuya həsr olunacağını qeyd edib./Axar.az

“Sovet İttifaqı bərpa oluna bilər” - Kalaşnikov