"Neftçi"nin futbolçusu Ronaldoya sataşdı

"Neftçi"nin futbolçusu Ronaldoya sataşdı

"Neftçi"nin futbolçusu Ronaldoya sataşdı

"Neftçi"nin futbolçusu Mamadu Mbodj Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldoya sataşıb.

Polemika.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ötən gecə DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyanın Serbiyaya uduzduğu matçdan sonra öz İnstaqram hesabında paylaşımlar edib. Mbodj paylaşımlarından birində yazıb: "Ronaldo hələ də oturub hakimləri Mitroviçin zərbəsindən sonra topun qapı xəttini keçdiyinə inandırır". 

Qeyd edək ki, Mamadu Mboc 2014/2015 mövsümündə Serbiyada "Srvena Zvezda"nın formasını geyinib. Stefan Mitroviç də həmin klubun yetirməsidir.

"Neftçi"nin futbolçusu Ronaldoya sataşdı