Elxan Məmmədov söz verdi - Mingəçevir klubu çempionata qayıdır

Elxan Məmmədov söz verdi - Mingəçevir klubu çempionata qayıdır

Elxan Məmmədov söz verdi - Mingəçevir klubu çempionata qayıdır

Region Liqasında çıxış edən Mingəçevirin “Energetik” klubu yenidən Azərbaycan çempionatının Birinci divizionunda mübarizə aparacaq.

Polemika.az xəbər verir ki, bu barədə apasport.az saytına komandanın məşqçisi Azər Həşimov məlumat verib.

O bildirib ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu günlərdə Mingəçevirə səfəri zamanı bu barədə söz verib:

“Bilirsiniz ki, Region Liqası həvəskar çempionat sayılır. AFFA vitse-prezidentinə dedik ki, peşəkar klub kimi fəaliyyət göstərmək istəyirik. O da söz verdi ki, şərait yaradacaq, gələn mövsüm ölkə çempionatında - birinci divizionda iştirak edəcəyik”.

Azər Həşimovun sözlərinə görə, AFFA Mingəçevir stadionunun təmirinə də maliyyə yardımı edəcək.

Qeyd edək ki, Region Liqasının Şimal-Qərb regionunda mübarizə aparan “Energetik” ilk 2 oyunda 6 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.

 

Elxan Məmmədov söz verdi - Mingəçevir klubu çempionata qayıdır